Mobil versiya
Elmira Süleymanova yeni Ombudsmanı kollektivə təqdim etdi
Tarix: 02-12-2019 | Saat: 15:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Elmira Süleymanova yeni Ombudsmanı kollektivə təqdim etdi


Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub.

Report xəbər verir ki, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib.

S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.

Xatırladaq ki, S.Əliyeva bu vəzifəyə qədər Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024