Mobil versiya
Fazil Məmmədovdan işçilərinə növbəti vacib – TAPŞIRIQ
Tarix: 08-02-2016 | Saat: 13:36
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Kollegiya iclası keçirilib.

Vergilər Nazirliyinin aparatında Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, nazirliyin Beynəlxalq münasibətlər idarəsi və Maliyyə institutlarında vergi monitorinqi idarəsi ləğv edilərək onların mövcud ştat vahidləri hesabına Beynəlxalq münasibətlər idarəsi və maliyyə institutlarında vergi monitorinqi baş idarəsi yaradılıb.

Bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.

Aia.az xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov keçirilən kollegiya iclasında bildirib.

F.Məmmədov, eyni zamanda Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının Əsasnaməsinin Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının Əsasnaməsinə uyğunlaşdırılması, nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024