Mobil versiya
AFFA "Qarabağ"ı 2400 manat cərimələdi
Tarix: 26-11-2019, 16:02 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

AFFA "Qarabağ"ı 2400 manat cərimələdi


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Report-un məlumatına görə, qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza verib. Buna səbəb oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam təmsilçisini 2400 manat ziyana da salıb.

Həmin görüşdə “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

İntizam Komitəsi "Səbail"in müdafiəçisi Adil Nağıyevi isə bir oyunluq cəzalandırıb. O, "Sabah"a 1:3 hesabı ilə uduzduqları matçda qırmızı alıb və klub bunun üçün 200 manat ödəməli olacaq.

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi "Səbail" 1600 manat cərimə olunur.

"Keşlə"nin oyunçusu Sezar Meza Kolli "Zirə"yə uduzduqları (1:3) görüşdə aqressiv davranışa görə qırmızı vərəqə alıb və 3 matçlıq cəzaya məruz qalıb. Komitə bu səbəbdən "Keşlə"ni 2400 manatlıq cərimələyib.

aia.az



5110 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-12-2019
10-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031