Mobil versiya
Sabirabad – meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir
Tarix: 26-11-2019, 15:37 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-7 | çapa göndər

Sabirabad – meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir




Şafiq Heydərovun rəhbərlik etdiyi Sabirabad Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən rayonun ümumilikdə 67 min hektardan artıq ərazidə əkin sahələrinə yüksək peşəkarlıqla meliorativ xidmətlər göstərilir

Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Hazırda ASC-nin bu ərazilərə yüksək peşəkarlıq və səmərəliliklə xidmət göstərən müəssisələrindən biri də Şafiq Heydərovun rəhbərlik etdiyi Sabirabad Rayon Suvarma Sistemləri İdarəsidir.

Kəndli və fermer təsərrüfatları dövlət qayğısını daim hiss edirlər




Sabirabad rayonu Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə ən böyük potensiala malik rayonlardan biridir. Rayonun 67 min hektar suvarılan torpaqları var. Həm də bu rayonda 100 %, torpaqlar meliorasiya olunmuş torpaqlardır. Torpaqlar tam olaraq əhali tərəfindən istifadədədir. Sabirabadın Kür çayı üzərində 2 böyük nasos stansiyanın tikilməsi ilə su təchizatı yaxşılaşdırılıb. Birinci kanalın tikilməsi 12 min hektar sahəni su ilə təchiz edib. Qışlaq-otlaq sahələrini suvarma suyu ilə təmin etmək üçün müasir tələblərə cavab verən nasos stansiyası da tikilib başa çatıb. Bu nasos stansiyası vasitəsi ilə təkcə Sabirabadda 14 min hektar ərazini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Sabirabad və Saatlı rayonlarından nasos stansiyalarının enerji xərclərini qarşılamaq üçün ildə 8 milyon manata yaxın vəsait xərclənir ki, bu da kəndliyə, fermerə dövlət tərəfindən olan subsidiyadır. Eyni zamanda bu iki rayonda suvarma sistemlərinə çəkilən xərclər 15 milyon manata yaxındır. Əlbəttə ki, bütün hunlar fermerlərə verilən böyük dəstəyin bir göstəricisidir.

Suvarma Sistemləri İdarəsinin fəaliyyəti yüksək səmərəliliyə malikdir




Təbii ki, yuxarıda göstərilən stansiya, kanal və digər qurğuların effektiv şəkildə istismarı nəticə etibarı ilə yüksək məhsuldarlığın əldə olunması üçün vacib şərtdir. Məhz bu baxımdan da Şafiq Heydərovun rəhbərlik etdiyi Sabirabad Rayon Suvarma Sistemləri İdarəsinin kollektivinin üzərinə böyük məsuliyyət düşür. Sevindirici haldır ki, redaksiyamıza təqdim olunan məlumatlara görə, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Daşqın və sel sularına qarşı mübarizə tədbirlərini də uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri idarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Birmənalı olaraq demək lazımdır ki, bu gün Şafiq Heydərovun rəhbərlik etdiyi Sabirabad Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması işi yüksək peşəkarlıqla təmin edilir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5116 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-12-2019
10-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031