Mobil versiya
Naxçıvan sakini Bakıda qətlə yetirilib
Tarix: 25-11-2019 | Saat: 17:01
Bölmə:Cəmiyyət | çapa göndər

Naxçıvan sakini Bakıda qətlə yetirilib


Noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az -a verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov saxlanılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024