Mobil versiya
"Sözün Günəşi" və yaxud " Günəşin sözü"
Tarix: 25-11-2019 | Saat: 11:49
Bölmə:Yazarlar | çapa göndər

"Sözün Günəşi" və yaxud " Günəşin sözü"



Azərbaycan ədəbiyyatında elə qadın imzaları var ki, o imzalar öz sanballı əsərləriylə, şeirləriylə tarixdə qalmağı bacarıblar. O qadın şairələrimizdən biri də bu günlərdə yeni kitabıyla tanış olduğum olduqca çox istedadlı xanım elmi, publisist məqalələri ilə könüllərdə yuva qurmağı bacaran pedaqoq- publisist-şairə Günəş xanım Zakirqızıdı. " Günəşin nəğmələri" adlı şeirlər kitabını oxudum. "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatda dərc olunan 108 səhifədən ibarət bu kitabın içindəki şeirlərin hər biri çox gözəl, rəngarəng bir-birindən oxunaqlı və maraqlıdı. Hər şeir yazana şair demək də günahdı. Amma Günəş xanım sözün əsl mənasında şairədi. Şairin birinci növbədə şeir dili olmalıdı. Şair anadan şair doğulmalıdı. Çox qadın şairələr tanıyıram ki, çox şairlərin şeirlərin, misraların öz adlarına çıxıblar. Yalançı mükafatlar, diplomlar, fəxri adlar alıblar. Amma Günəş xanım çox xoşbəxt şairədi. Ona görə xoşbəxt şairədi ki, Günəş xanım şeirlərində özüdü. Yazdıqlarında heç kimi təkrarlamır. Şeirlərində bir təkrar sözə, mübaliğəli fikirlərə rast gəlmərik. Şeirlərinin hər birində öz keşməkeşli həyatından, çəkdiyi iztirablardan, acılardan söz açır. Vətənə, anaya, xalqa, məhəbbət, sevgini Günəş xanımın şeirlərində görmək olur. Fani dünyada vəfasızların arasında yaşamağın çətin olduğunu vurğulayan şairə xanım amma yenə də özünü sınan yox, mətin, məğrur bir xanım kimi göstərir. Usanmır, yorulmur. Günəş xanım əlinə qələm alanda, qələmə sarılanda, yazıb- yaradanda ürəyini ovuda bilir, qəlbindən dərdi bir yük kimi boşaltmış olur. Çətin iş rejiminə baxmayaraq Günəş müəllimə şeir yazmağından qalmır. Şeir yazmağa hobbi kimi baxmır. Şeir, onun ürəyi, canı, nəfəsidi. Özü bir dəfə mənə demişdi ki, mən şeir yazmasam ölərəm. Taleyi oyununda sürdüyü həyatdan narazı olaraq şairə xanım gözəl ömrün, xoşbəxt günün, rahat həyatın axtarışında, sorağındadı. Dostlarına qarşı vəfalı oldu, dar günün dostu oldu, çətin gündə dostlarının əlindən tutdu. Amma dar gündə dostları onu yarı yolda qoydular. Vəfasız, çıxdılar, etibarsız oldular. Necə də vəfasız, etibarsız insanlar olduğunu vəfasızlıq, etibarsızlıq görəndən sonra Günəş xanım dərk etməyə başladı. Ona görə deyirəm ki, həyat bir məktəbdi. Həyatında bütün yaşadıqları Günəş xanım üçün böyük dərsdi. Günəş xanım öz ana dilinin, yurdunun vurğunu kimi həmişə tələbələrini də birinci vətənpərvər olmağa çağırır. Yumruq boyda ürəyində Günəş xanımın Azərbaycana, bayrağa, gerbə, şəhidlərə, qəhrəmanlara, sevgisi deyərdim ki, bir ümman qədər, dənizlər qədərdi. Qadınlar var həyatın enişli-yoxuşlu yollarından alın açıqlığıyla, üz ağlığı ilə çıxa bilməyib. Amma Günəş xanım parlaq istedadıyla həyatda məğrur qadın kimi büdrəmədən, ayaq üstə qalmağı bacardı. Bu da bir sınaqdı deyib, imtahanlardan alnı açıq, üzü ağ çıxdı. Dərdli, qəmli əzablı günlərində də, xoşbəxt günlərində də özü oldu. Saxta şan-şöhrətə, var-dövlətə üstünlük vermədi. Özü kimi sadələrlə, mənəviyyatı zəngin olanlarla yoldaşlıq, rəfiqəlik etdi. Sadəliyi ilə hamının hörmətini, rəğbətini qazandı. Özünə geniş oxucu auditoriyası toplaya bildi. Günəş xanımın çox gözəl ürəyi var. Ona pislik edənlərə qarşı da yaxşılıqlar edir. Bir kimsəni qoymur çətində, darda qala. Neçə-neçə kasıb imkanı olmayanları tam təmannasız hazırlaşdırıb. Günəş xanımın ürəyinin ən həssas, ən zəif yeri anasıdı. Söz yox atası dəyərli ziyalımız Zakir müəllim Quliyevi də çox istəyir. Əziz oxucularımız amma gəlin razılaşaq ki, qızlar analarına çox bağlı olurlar. Qız uşaqları ataya deyə bilmədiklərini anaya deyirlər. Bir sözlə qızlar analarıyla rəfiqə olurlar. Günəş xanım da anası Sədaqət xanımla rəfiqə idi. Bütün uğurları haqda, sevincini, kədərini, qəmini, anası Sədaqət xanıma deyərdi. Bir evdəki ana yoxdu, böyük yoxdu o evdə şadlıq yoxdu. Sədaqət xanımın vaxtsız vəfatı Günəş xanımın gülən gözlərinə əbədilik həsrətin çənin endirdi. Anasının yoxluğuna heç cürə dözə bilməyən, bu yoxluqla barışa bilməyən Günəş xanım bircə təsəllini Sədaqət anamızın məzarını ziyarət etməklə, onun unudulmaz, işıqlı xatirəsinə ithaf etdiyi ana mövzularında yazdığı şeirləriylə tapır. Sədaqət anamızın da ruhu şad olsun!!! Sözün Günəşinə yeni uğurlar arzu edirəm. Günəş xanımın anasının əziz xatirəsinə ithaf etdiyi şeiri bir də Günəş xanımın dilindən anasının əziz xatirəsinə ithaf etdiyim şeirimi əziz oxucularımıza bəyan edirəm.


Şeirin müəllifi: Günəş Zakirqızı

Ağlama, Ana!...

Ağlama, ay ana daha ağlama,
Şəkli ürəyinin başına qoyub,
Gözünü gözümdən burax, ay ana!,
Kədəri özündən uzaq tut, ana!...

Qəmi ürəyinə yaxın buraxma,
Göz yaşı içində qovrulub axma,
Məni səndən alan bu yola baxma,
Hicranı özündən uzaq tut, ana!.

Xəyalım səninlə öpüşür yenə,
O qəmli gözlərlə öpüşür yenə,
Səninlə son dəfə görüşür yenə,
Ağlama, ay ana daha ağlama,
Ağlama, ay ana daha ağlama...


Şeirin müəllifi: Fuad Biləsuvarlı

Ay Ana!

Qəbrinin üstünə gəlib gizlicə,
Elə ağlayıram sənsiz hər gecə.
Ömrü yaşamıram heç də könlümcə,
Canım sənə qurban ana, ay ana!

Böyütdün sən məni ərköyün, çılğın,
Sənsiz qəmli-qəmli, gəzirəm dalğın.
Elə fikirliyəm yorğunam, yorğun,
Canım sənə qurban ana, ay ana!

Dünyanı tərk etdin məndən nigaran,
Getdin ürəyimdə sağalmır yaram.
Yaxşı ki, yerində mən bu gün varam,
Canım sənə qurban ana, ay ana!

Ömrünün günəşi tez qürub etdi,
Səndən sonra həyat bizimçün bitdi.
Sənsiz ömrün-günün mənası itdi,
Canım sənə qurban ana, ay ana!

Ay sədaqətli, gözəl, Sədaqət anam,
Mənə yadigarın saf ismət anam.
Sən bizə bəxş etdin nəzakət anam,
Canım sənə qurban ana, ay ana!

Əlinin sığalı saçıma dəymir,
Taleyim xoşbəxtlik donunu geymir.
Məni heç bir kəsim sənintək öymür,
Canım sənə qurban ana, ay ana!

Yazını hazırladı: AYB üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024