Mobil versiya
“9 ayda 690 milyon manatdan artıq vəsait ödətdirilib” - Nazir
Tarix: 22-11-2019 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

“9 ayda 690 milyon manatdan artıq vəsait ödətdirilib” -


Məhkəmə qərarlarının icrası sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsi işlənib hazırlanıb.

Azvision.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
Nazir bildirib ki, dövlət başçısının iqtisadi müşavirədə bankların iqtisadi artımın maliyyələşməsində fəal iştirakı ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrə dair bank sektoru ilə Ədliyyə Nazirliyində “dəyirmi masa” keçirilərək bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahəsində problemlər müzakirə olunub, birgə işçi qrupları yaradılaraq mövcud və qarşıya çıxan məsələlərin operativ həlli ilə bağlı tədbirlər görülür.

F.Məmmədovun sözlərinə görə, 2019-cu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir:

"Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulan ziyanın yarıdan çoxu ödətdirilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024