Mobil versiya
Bu ilin 9 ayında nikahların sayı 47 mini ötüb
Tarix: 22-11-2019 | Saat: 10:38
Bölmə:Ölkə | çapa göndər

Bu ilin 9 ayında nikahların sayı 47 mini ötüb


"Notariuslar tərəfindən 2019-cu ilin 9 ayı ərzində aparılan əməliyyatların sayı 30% artaraq 3,9 milyona çatıb, bunun da 97%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutu tərəfindən həyata keçirilib".

Azvision.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib. Onun sözlərinə görə, qeydiyyat orqanlarında 226 500-dən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 107 mini, nikahın sayı isə 47 mini ötüb:

"Ölkə başçısının təşəbbüsü ilə yaradılaraq dünyada Azərbaycan brendi kimi məşhurlaşan və bu günədək 34 milyona yaxın müraciətlə bağlı insanların faydalandığı "ASAN xidmət" mərkəzlərində bu ilin 9 ayında verilən 3,2 milyona yaxın sənədlərin 45%-i məhz həmin mərkəzlərdə fəaliyyət göstərən notariat və qeydiyyat orqanlarının payına düşüb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024