Mobil versiya
İt sahibini dörd dəfə xərçəngdən xilas etdi
Tarix: 22-11-2019 | Saat: 10:11
Bölmə:Media | çapa göndər

İt sahibini dörd dəfə xərçəngdən xilas etdi



ABŞ-ın Viskonsin ştatının sakini xərçəngə tutulduğunu itinin sayəsində bilib.

“Daily Star”ın xəbərinə görə, altı il əvvəl Stefani Herfelin Sierra adlı iti özünü qəribə aparmağa başlayıb.

O, tez-tez sahibəsinə yaxınlaşıb, onun qarnını iyləyir və burnunu ona sürtürmüş.

Əvvəl Stefani buna fikir verməyib, sonra it şkafa qısılıb ağlayanda qadın şübhələnməyə başlayıb.

İtin qəribə davranışı və Stefaninin qarnında başlayan ağrılar onu həkimə getməyə məcbur edib.

Onun qarnında üçüncü dərəcəli bədxassəli şiş aşkar edən həkimlər dərhal müalicəyə başlayıblar.

Bu qaydada sadiq it üç dəfə sahibəsini xilas edib.

Qeyd edək ki, elmi sübutlara görə, itlər 97 faiz sağlam qanla xərçəngə yoluxmuş qanı ayırd edə bilirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024