Mobil versiya
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub (FOTO)
Tarix: 22-11-2019, 09:00 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub


Şəmkir rayonunda yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.

Agentlikdən aia.az-a verilən məlumata görə, III texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib. Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Yolda hərəkət hissəsində çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuşdur, yolun çiyin hissələri çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Bundan başqa yolun müxtəlif hissələrində torpaq yatağının hündürlüyü aşağı səviyyədədir. Bu üzdən yolda təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac yaranmışdır.

Sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq mövcud örtük 10 min kub.m həcmdə sökülərək kənara daşınıb, torpaq yatağının normativ hündürlüyə qaldırılması üçün zəruri ərazilərdə işlər aparılıb. Bu işlərin həcmi 25 min kub.m təşkil edib.

Yol boyu mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün yenisi ilə dəyişdirilirməsinə, həmçinin kiçik su arxlarının və kommunikasiya xətlərinin keçməsi üçün yolun bəzi hissələrində metal boruların quraşdırılmasına ehtiyac olduğu üçün 5 ədəd 1.25 m diametrli dəmir-beton və 15 ədəd 500 mm diametrli metal boruların quraşdırılması işləri görülüb. Yolun 3-cü və 8-ci km-dəki kiçik körpülərin əvəzinə 2x2 en kəsikli düzbucaqlı dəmir-beton boruların quraşdırılması məqsədə uyğun hesab olunduğu üçün bu istiqamətdə də addımlar atılıb.

Bu işlərə paralel olaraq əsasın tikintisi aparılıb. Belə ki 200 min kv.m sahədə əsasın alt layı 20 sm hündürlükdə karxana çınqılı, üst layı isə 16 sm hündürlükdə optimal tərkibli çınqılı ilə tikilib. Yol əsasından sonra asfaltlanma işlərinə başlanılıb. Bu çərçivədə yol örtüyünün alt qatı 7 sm qalınlıqda iri dənəli, üst qatı isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.

Bundan başqa, Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 9-cu km-dəki 1989-cu ildə inşa edilən Şəmkir çayı üzərindəki 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri aparılıb. Belə ki, körpünün dayaqları bərkidilib, hər iki tərəfdə su nizamlayıcı beton qurğular inşa edilib, konuslar və körpünün girişlərində keçid pilitələr bərpa edilib, səkilər təmir edilib, məhəccərlər dəyişdirilib.

Tikinti norma və standartlarına uyğun olaraq layihənin sonuncu mərhələsində çiyin hissələr 75 min kv.m sahədə 12 sm qalınlığında optimal-çınqıl materialı ilə bərkidilib, 2600 kv.m sahədə yol birləşmələri təmir edilib, hərəkətin normal təşkili üçün 30 km göstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılıb, yolcızgi və yol göstərici xətlər çəkilib.

Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

aia.az



599 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-12-2019
05-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031