Mobil versiya
Bəzi mətbu orqanları öz mövqeylərinə yenidən baxmalıdırlar
Tarix: 21-11-2019, 16:26 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Bəzi mətbu orqanları öz mövqeylərinə yenidən baxmalıdırlar





Şəki Regional Mədəniyyət İdarəsi Mədəniyyət Nazirliyinin işinə kölgə salmaq üçün hədəf seçilib


“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir.” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2019-cu il tarixdə keçirilmiş iqtisadi müşavirədəki nitqindən.



Dövlət başçısının oktyabr ayının 15-də keçirilmiş iqtisadi müşavirədə ölkə mətbuatında müşahidə olunan bəzi tendensiyalar barədə söylədiyi fikirlər son dərəcə aktuallığı ilə diqqəti cəlb edir. Gözləmək olardı ki, ölkə Prezidentinin bu çıxışından sonra, həqiqətən də müxtəlif “çirkli çəkişmələr”ə alət olmuş bəzi media mənsubları öz mövqeylərinə yenidən baxacaq, dövlət başçısının xəbərdarlığından müvafiq nəticə çıxaracaqlar. Lakin ölkə mətbuatını izləməklə bunun hələ də baş vermədiyini görə bilərik. Məsələ bundadır ki, ayrı-ayrı qurum və müəssisə rəhbərlərinin, xüsusilə də dövlət təsisatlarına rəhbərlik edən şəxslərin məhz mətbuat vasitəsilə “vurulması” həm çoxdan təcrübə olunan, həm də kifayət qədər effektif bir taktikadır. Buna görə də “qara piar” həvəskarlarının bu üsuldan birdəfəlik əl çəkəcəklərini gözləmək olmur.



O cümlədən, son vaxtlar Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə qarşı bəzi saytlarda davamlı olaraq böhtan kampaniyaları düzənlənməkdədir. Məsələ bundadır ki, bu idarə əslində kifayət qədər işlək və yüksək göstəricilərə malik olan bir müəssisədir. Hazırda bu idarənin tabeliyində Şəki, Zaqatala, Oğuz, Qax və Balakən rayonlarında yerləşən 12 muzey, 4 mərkəzləşdirilmiş və bir mərkəzi kitabxana sistemi, 4 Heydər Əliyev Mərkəzi və 1 Heydər Əliyev muzeyi, 3 rayon Mədəniyyət Mərkəzi və Oğuz rayon mədəniyyət evi, 1 Turizm İnformasiya Mərkəzi, 5 Uşaq musiqi məktəbi, 1 rayon Dövlət Rəsm Qalereyası, Qax rayon Uşaq İncəsənət məktəbi, Şəki Kiş Tarixi-Memarlıq Qoruğu fəaliyyət göstərməkdədir. Etiraf edək ki, bütün bu müəssisələrin fəaliyyətinə nəzarəti və onların koordinasiyasını həyata keçirmək, ən əsası da bu fəaliyyətin səmərəliliyini təmin etmək son dərəcə çətin və məsuliyyətli bir işdir. Lakin peşəkar mədəniyyət işçisi Mirvari Zeynalovanın rəhbərliyi altında Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi bu vəzifələrin öhdəsindən bacarıqla gəlir.



Regionda yerləşən mədəniyyət müəssisələrində mütəmadi olaraq təşkil olunan mədəni-kütləvi tədbirlərin intensivliyi də həmçinin Mədəniyyət İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir. Belə ki, İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə tez-tez müxtəlif görüşlər, konsert proqramları, mühazirələr təşkil olunur. Əlbəttə ki, bütün bunların fonunda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan kənd mədəniyyət müəssisələrinin günlərlə, hətta həftələrlə qapılarının bağlı qaldığını demək cəfəng bir iddiadır. Belə ki, bu günlərdə ölkə mətbuatına aid saytlardan birində Mirvari Zeynalovanın rəhbərlik etdiyi idarəyə qarşı məhz belə bir əsassız ittiham irəli sürülmüşdü. Eyni zamanda da bu uydurmanın müəllifləri tərəfindən İdarədə gedən qışa hazırlıq işlərinə dair irad bildirilməsi ümumiyyətlə gülünc bir vəziyyət yaradır. Müəllif buyurur ki, soyuq dağ kəndlərində yerləşən klub, kitabxana və digər mədəniyyət müəssisələri ayda bir neçə gün qızdırılarsa, bu tamamilə kifayət edir. Buna görə də, qışda yanacaq kimi istifadə edilən odun qırıntısı almağa ehtiyac yoxdur. Anlamaq olmur ki, yazı müəllifi klub və kitabxanaların işləməsinin tərəfdarıdır, yoxsa bağlı qalmalarının?
Təqdirəlayiq haldır ki, Mirvari Zeynalova özü açıq məktubla bu məsələyə və şəxsən ona qarşı irəli sürülən əsassız ittihamlara ətraflı cavab verib. Biz isə öz növbəmizdə demək istərdik ki, zənnimizcə bu böhtan xarakterli materialı sifariş edənlərin məqsədi daha yüksək ranqlı dövlət məmurunu hədəfə almaqdır...




aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5498 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-12-2019
05-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031