Mobil versiya
Sabah paytaxtda yağış, rayonlarda qar yağacaq
Tarix: 21-11-2019, 13:12 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Sabah paytaxtda yağış, rayonlarda qar yağacaq


Sabahın hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 22-də Abşeron yarımadasında soyuq, rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

aia.az



5101 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031