Mobil versiya
DGK sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb
Tarix: 19-11-2019, 18:10 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

DGK sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb


Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən aia.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev BP şirkəti ilə gömrük orqanları arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük pro­se­durlarının sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması istiqa­mə­tin­də uğurların əldə olunmasına şərait yaratdığını vurğulayıb, informasiya texnolo­gi­ya­larının tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün artıq nümunəvi təcrübəyə sahib olduğunu diqqətə çatdırıb.

Komitə sədri aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək, son iki il ərzində 2 milyard manata yaxın əlavə vəsaitin dövlət büdcəsinə ödənildiyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Belə ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daha sonra S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatların nəticəsi olaraq Azərbaycan istənilən dövlətlə qarşılıqlı güzgülü statistika aparıla biləcəyini də bəyan edib və dövlətlərarası ticarət dövriyyəsinin düzgün həyata keçirlməsinin, ilkin məlumat mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Komitə sədri “Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını qeyd edib.

Qeyd edilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin idxal-ixrac əməliyyatlarında payı yüksəkdir.

Səmimi görüşə görə təşəkkür edən BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyons BP şirkətinin Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələrindən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna roluna toxunan baş direktor Azərbaycanın gömrük xidmətindəki yenilikləri, aparılan islahatları və şəfaflığı yüksək qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



566 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031