Mobil versiya
Prezidentin tənqidi nəticə verməyib – mətbuat hələ də daxili mübarizə vasitəsi olaraq qalır
Tarix: 19-11-2019, 13:39 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Prezidentin tənqidi nəticə verməyib – mətbuat hələ də daxili mübarizə vasitəsi olaraq qalır


Yevgeniy Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsinə Bakı Slavyan Universitetinin beş tələbəsinin qatılması əsas götürülərək, rektor Nurlana Əliyevanın mətbuatın tənqid və hətta qaralanma hədəfinə çevrilməsi Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediası ilə bağlı səsləndirdiyi fikirlərinin aktuallığını bir daha isbatladı. Məlum olduğu kimi,ölkə Prezidenti medianın daxili çəkişmələr üçün bir vasitəyə çevrildiyinə, həm də bu vasitə ilə bir dövlət məmurunun digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkmiş, bu vəziyyətin dözülməz olduğunu bildirmişdi. Eyni zamanda belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirən dövlət başçısı bununla barışılmayacağını vurğulamışdı.

İndi belə görünür ki, Prezident İlham Əliyevin medianın vəziyyəti ilə bağlı tənqidi çıxışından bir ay ötsə də vəziyyət dəyişməyib. Maraqlıdır ki, sözü gedən esse müsabiqəsi ilə bağlı BSU-nun rektoru Nurlana Əliyevanı hədəfə götürən media mənsubları arasında məhz iqtidaryönlü mətbu orqanlarının xüsusi canfəşanlıq etdiyi aydın görünür. Əslində, müxalifət mətbuatının hakim Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədrini hədəfə almasını normal qəbul etmək olar. Belə ki, müxalifyönlü mətbuatın hər bir olaydan istifadə edərək, hakim partiyanın təmsilçilərini hədəfə alması artıq çoxdan adiləşmiş bir taktikadır. Lakin bu dəfə məhz iqtidaryönlü mətbuatın Nurlana Əliyevanı daha kəskin formada tənqid etməsi və daha böyük səylə qarlamağa çalışması diqqəti cəlb edir. Həm də bu vəziyyətin prezidentin mətbuatla bağlı tənqidi çıxışından sonra baş verməsi onu göstərir ki, dövlət başçısının siyasətinin əleyhinə iqtidar cəbhəsində fəaliyyət göstərənlər hələ də nə təslim olmaq, nə də geri çəkilmək niyyətində deyillər. Yalnız ona ümid etmək olar ki, ali məktəb rektorunun, YAP Qadınlar Şurasının sədrinin hədəfə alınması Prezident İlham Əliyevin oktyabrın 15-də mətbuatın vəziyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərin icrası istiqamətində real addımların atılmasını gündəmə gətirəcək.

Qeyd edək ki, Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsinin Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilmədiyi, esse müsabiqəsinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olması məlum olsa da, bu məqam rektor Nurlana Əliyevanı hədəfə alanları dayandırmağa yetməyib. Bakı Slavyan Universitetinin ən böyük slavyan dövləti olan Rusiya Federasiyası ilə işgüzar münasibətlərinin olması çox təbiidir. Eyni zamanda BSU-da təhsil alan gənclərin könüllü şəkildə qanuna zidd olmayan istənilən elmi və publistik tədbirdə iştirak etmək hüquqları vardır. Əgər rektor Nurlana xanım və ya BSU-nun digər hansısa bir rəhbər vəzifəli şəxsi tələbələrə bu esse müsabiqəsində iştiraka icazə verməsəydi, bu, insan hüquqları ilə bağlı Azərbaycan Konstitusiaysında əksini tapan müddəaların pozulması demək olardı. Beləliklə də BSU-nun rəhbərliyini, şəxsən rektor Nurlana Əliyevanı tələbələrin azad seçiminə görə tənqid etmək son dərəcə yanlış bir mövqedir. Nurlana Əliyevanı tənqid edənlərin məntiqindən belə çıxır ki, universitet tələbələri və müəllimləri hansısa elmi və publistik tədbirdə iştirak etmək üçün mütləq icazə almalıdrlar. Bu mövqedə olanların, belə görünür ki, Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyən edən Konstitusiayadan xəbərləri yoxdur.

Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsi ətrafında Nurlana Əliyevanın hədəfə alınması olayında xüsusilə narahatlıq doğuran bir məqam da filologiya elmləri doktoru, professor olan bir azərbaycanlı xanımın soy-kökünün şübhə altına alınmasına edilən cəhdlərlə bağlıdır. Çox təəssüflər olsun ki, birini qaralamaq üçün onun soy-kökünü başqa millətlərə, xüsusilə də ermənilərə bağlamaq cəhdləri kimi iyrənc vərdişi bəziləri hələ də tərk edə bilmirlər. Bu addımı atanlar unudurlar ki, belə iftiralarla sadəcə konkret bir şəxsin deyil, eyni zamanda böyük bir nəslin də şərəf və ləyaqətini təhqir etmiş olurlar. Halbuki, Gəncənin köklü nəsillərindən birinin, Hacı Seyid Rza ağanın nəsilinin nümayəndəsi olan, cəmiyyətin layiqli bir üzvü, görkəmli ictimai və elm xadimi kimi, haqlı olaraq el anası hesab edilən Nurlana Əliyevanın heç bir mənəviyyata sığmayan üsullarla qaralamağa çalışmağın özünün bəraəti ola bilməz.



Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



5160 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031