Mobil versiya
Qax təhsili ölkənin liderləri sırasındadır
Tarix: 19-11-2019 | Saat: 13:30
Bölmə:Manşet / Təhsil | çapa göndər

Qax təhsili ölkənin liderləri sırasındadır



2018-2019-cu tədris ilinin yekunlarına görə, rayonun ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran iki məzunu Təhsil Nazirliyi tərəfindən qızıl, daha iki nəfər isə gümüş medala layiq görülüb

Bu gün Azərbaycanın təhsil sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çıxarılması məqsədilə ölkəmizdə bu sahədə əsaslı islahatlar həyata keçirilir, iri miqyaslı layihələr icra olunur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır. Hazırda təhsil sisteminin dinamik inkişafı və bu sahədə yüksək nəticələrin əldə olunması ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Qax rayonudur.

Qax Rayon Təhsil Şöbəsi 1993-cü ilin avqust ayından bu adla fəaliyyət göstərir. Bundan əvvəl isə fəaliyyətini Qax rayon Xalq Maarif Şöbəsi kimi aparmışdır. Hazırda Rayon Təhsil Şöbəsinin tabeliyində 28 tam orta, 16 ümumi orta, 7 ibtidai məktəb, 1lisey fəaliyyət göstərir. Təsərrüfat istismar qrupunun işçiləri də nəzərə alınmaqla şöbədə 34 nəfər çalışır. Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərovdur.

Qısa arayış:



Heydərov Babək Yamil oğlu 1980-ci ildə Qax şəhərində anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr, 2001-2003-ci illərdə isə həmin тəhsil müəssəsində ümumi dilçilik ixtisası üzrə magistr səviyyəsini başa vurub. 2004-cü ilin sentyabr ayından Qах rayonu Çinarlı kənd ümumi orta məktəbində тəlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

23 dekabr 2009-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Qax bələdiyyəsinə üzv seçilib, 2014-cü ilin dekabr ayınadək həmin bələdiyyənin gənclər və hüquq məsələləri daimi komissiyasının sədri olub. 31 may 2012-ci il tarixdən Qax Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsində çalışır. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Qax rayonu üzrə namizədliyi irəli sürülüb.



Göründüyü kimi, Babək Heydərovun indiyədək göstərdiyi əmək fəaliyyəti demək olar ki, bütünlüklə təhsil sahəsini əhatə edir. Eyni zamanda da Babək müəllim bütün gənlərə xas olan ictimai aktivliyi ilə diqqəti cəlb edir. Daha bir maraqlı məqam budur ki, Babək Heydərovun
fəaliyyəti tamamən doğma Qax rayonunun təhsil müəssisələrində həyata keçib. Bu isə o deməkdir ki, hazırda Qax təhsilinə bu sahəni kifayət qədər bilən və eyni zamanda da mövcud problem və potensiallara daxildən bələd olan gənc bir peşəkar rəhbərlik edir. Yeri gəlmişkən, başa çatmış 2018-2019-cu tədris ilinin yüksək nəticələri də Qax təhsilin dinamik inkişafından xəbər verir.

Dövlətin diqqət və qayğısı yüksək nailiyyətlərə aparan yoldur

Ötən dövrdə Qax rayonunda təhsil müəssisələrinin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Bu barədə avqustun 29-da Qax rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyəti nümayəndələrinin görüşündə etdiyi çıxışında Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev məlumat verib. İcra başçısı tədbirdə çıxış edərək, ilk növbədə ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Həmçinin Musa Şəkiliyev bildirilib ki, Qax təhsili son illər bütün göstəricilər üzrə ölkə təhsilinin ön sıralarında qərar tutur.



Həqiqətən də son 15 ildə Qax rayonunda 23 yeni məktəb binası tikilib istifadəyə verilib. Hazırda rayonun Əlibəyli və Tasmalı kəndlərində 216 və 240 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Hər iki məktəb yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Eyni zamanda, son iki ildə rayonda 10-dək modul tipli məktəb quraşdırılıb. Məhz elə bu diqqət və qayğının nəticəsidir ki, ali və orta ixtisas təhsil müəssislərinə qəbul olunan Qax məzunlarının sayı da ildən ilə artır.

17 nəfər 600 baldan yuxarı nəticə göstərib

Sözü gedən tədbirdə çıxış edən Qax RTŞ-nin müdir müavini, müdir əvəzi Babək Heydərov bildirib ki, ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Qax rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 298 nəfər qaxlı məzundan 245 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 47 nəfəri 500 baldan, o cümlədən 17 nəfər 600 baldan yuxarı nəticə göstərib. 2018-2019-cu tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran iki məzun Təhsil Nazirliyi tərəfindən qızıl, iki nəfər isə gümüş medala layiq görülüb.
Daha sonra Babək Heydərov çıxış edərək, ali məktəblərə qəbulun nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəd vermiş məzunların 245 nəfəri və ya 74 faizi ali məktəblərə daxil olub. Onlardan 15 nəfəri xarici ölkələrdə təhsil alacaq. Tələbə adını qazanan gənclərin 54-ü müəllim peşəsinə, 6-sı isə hərbi ixtisaslara üstünlük verib. Tədrisi gürcü dilində olan məktəblərin məzunlarından 28 nəfər ali məktəblərə daxil olub.




Ümid edirik ki, Qaxın təhsil sistemində çalışan və təhsil alan bütün pedaqoji və şagird kollektivləri bundan sonra da Babək Heydərovun rəhbərliyi altında daha yüksək nəticələrə imza atacaqlar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024