Mobil versiya
“Hakimlərə azı 10 min manat maaş verilməlidir” - Deputatdan təklif
Tarix: 19-11-2019, 13:26 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

“Hakimlərə azı 10 min manat maaş verilməlidir” -


“Azərbaycanda hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: “Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Q.Həsənquliyev qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: “Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir”.



599 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031