Mobil versiya
“Gələcəkdə yeni böyük paket qanunlar təqdim olunacaq” - Əli Hüseynli
Tarix: 19-11-2019 | Saat: 13:10
Bölmə:Siyasət | çapa göndər

“Gələcəkdə yeni böyük paket qanunlar təqdim olunacaq” -


“Bu layihələrin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir: “Həm təcrübəli mütəxəssislərin cəlb edilməsi yolu ilə, həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizası keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılması müddət də azalacaq”.

Ə.Hüseynli qeyd edib ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası ilə bağlı gələcəkdə yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024