Mobil versiya
" Azadlıq günəşi" nin işığı
Tarix: 18-11-2019, 19:04 | Saat: 15:47:00
Bölmə:Yazar5 | çapa göndər

" Azadlıq günəşi" nin işığı




Günəş Zakirqızının Azərbaycan ədəbiyyat tarixində özünəməxsus yeri olan , vətənpərvər şairi Xəlil Rza Ulutürk yaradıcılığının təhlilinə həsr olunmuş " Azadlıq günəşi" kitabını hədsiz maraqla oxudum. Günəş xanımın ədəbiyyatımızın parlaq simalarından biri olan Xəlil Rza Ulutürk yaradıcılığına müraciəti çox təqdirə layiqdir. Çünki bütün həyatı keşməkeşli mübarizələrdə keçən, lakin əqidəsindən, məsləkindən dönməyən bu şairin yaradıcılığının samballı təhlilini gözləyən səhifələr çoxdur.

Xəlil Rza Ulutürkü tanıyanlar, onun yaradıcılığına bələd olanlar yaxşı bilirlər ki, o, od idi, alov idi, poeziya üfüqlərində həmişə günəş kimi gur işıq salırdı. Vətəndaş narahatlığı, hadisələrə biganə qalmamaq hissi şairin qanında, canında idi. Od saçan bu misralar milyon ürəklərdə şairə heykəl qoyur, onu xalqın sevimlisinə çevirirdi. Ən maraqlısı isə bu idi ki, hələ rejimin güclü vaxtında belə misraları yazmaq , onu geniş kütləyə çatdırmaq böyük hünər və cəsarət tələb edirdi.

Xəlil Rza Ulutürk isə əsl qorxmazlıq mücəssəməsi idi.

Gənc tədqiqatçı Günəş Zakirqızı böyük zəhmət və axtarışlar nəticəsində ərsəyə gətirdiyi bu əsərində Xəlil Rza Ulutürkün zəngin yaradıcılığına işıq sala bilmişdi. Azadlıq nəğməkarının yaradıcılığındakı mübarizəyə səsləyən məqamları oxuculara qabardaraq çatdıra bilmişdir.
Təsadüfi deyil ki, kitaba son söz yazan filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu haqlı qeyd edir ki, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xəlil Rza Ulutürk poeziyasına qiymət vermək, onu təhlil etmək üçün də məhz bədii sözü zaman işığında qiymətləndirməyə ehtiyac var və Günəş Zakirqızının " Azadlıq günəşi" bu ehtiyacdan doğub...

Kitabın " Şair və vətəndaş", "Poeziyanın vətəndaşlığı " fəsillərində yer alan təhlillər tədqiqatçı Günəş Zakirqızının gərgin və səmərəli axtarışların , dərin təhlillərinin təsəssüdür və müəllif onları geniş oxucu kütləsinin mühakiməsinə verir.
" Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş bu kitab dəyərli oxuculara gözəl hədiyyədir. Belə kitablar kitab rəflərini bəzmək üçün yazılmır. Belə əsərlər tələbkar oxucuların stolüstü kitabı olur. Günəş xanım

2005- ci ildən Bakı Sənaye - Pedaqoji Kollecində müəllim kimi fəaliyyət göstərir. Neçə- neçə tələbələrin elmlənməsində, savadlanmasında müstəsna xidmətləri var. Kollecin ictimai həyatında yaxından iştirak edərək, şəxsən Kollecin rəhbərliyi tərəfindən bir sıra Fəxri fərman, Tərifnamələrlə, Təşəkkürnamələrlə və Diplomlarla təltif olunmuşdur.

Dövrü mətbuatda şeirləri, ictimai - publisist mövzulu məqalələri çap olunmuşdur.
Günəş xanım Zakirqızı xeyirxah bir missiyaya imza atmış, xeyirxah bir yolun yolçusuna çevirilmişdir.
Yeni-yeni əsərlərinizi gözləyirik Günəş xanım !

P. S. İstəkli oxucularımız Günəş xanımın bir şeiriylə sizi də tanış etmək istəyirəm. Buyurun oxuya bilərsiniz.


Şeirin müəllifi: Günəş Zakirqızı

Deyəsən doğrudan dəli olmuşam...

Qaranlıq düşüncəm, odum, atəşim,
Düşünüb durmaqdan yorulmuş başım,
Mənmi dəyişmişəm, yoxsa yaddaşım?!,
Addımı atmağa lap az qalmışam,
Deyəsən doğrudan dəli olmuşam...

Fikirlərim burulğana düşübdür,
Düşünməkdən başım-beynim şişibdi,
Dərd-qəm ürəyimi dəlib-deşibdi,
Addımı atmağa lap az qalmışam,
Deyəsən doğrudan dəli olmuşam...

Həyatım qorxulu bir nağıl imiş,
Ağ atlı oğlanı yolda itirmiş,
Qaranlıq dünyaya qonaq gətirmiş,
Addımı atmağa lap az qalmışam,
Deyəsən doğrudan dəli olmuşam...

Başımda suallar beynimi yorur,
Gözlərim bir səmtə dikilib, durur,
Köksümdə ürəyim dəhşətlə vurur,
Addımı atmağa lap az qalmışam,
Deyəsən doğrudan dəli olmuşam...

Həyat necə keçdi, heç anlamadım,
Sevindimmi görən, xatırlamadım,
Bir yaxşı adama heç rast olmadım,
Addımı atmağa lap az qalmışam,
Deyəsən doğrudan dəli olmuşam...

Dəlilik heç demə uzaq deyilmiş,
Bizim cəmiyyətdə yasaq deyilmiş,
Mənim də səmtimə o qonaq gəlmiş,
Addımı atmağa lap az qalmışam,
Deyəsən doğrudan dəli olmuşam,
Deyəsən doğrudan dəli olmuşam...

Yazını hazırladı: AYB üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı





5266 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031