Mobil versiya
BANM-a yeni mətbuat katibi təyin olunub
Tarix: 18-11-2019, 12:20 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

BANM-a yeni mətbuat katibi təyin olunub


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Ali Məktəbdən aia.az -a verilən məlumata görə, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.



580 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031