Mobil versiya
Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb
Tarix: 14-11-2019, 19:44 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Nigar Arpadarai:


Növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar bütün istiqamətlərdə davam edir və yarışın yüksək səviyyədə təşkil edilməsi üçün bütün işlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, Formula 1 üzrə Azərbaycan Qran Prisinə maraq daha da artıb:

"Hazırlığa erkən başlamışıq. Ötən ay bilet satışına start verdik. Artıq indidən nəticələrdən razıyıq. Əvvəlki illərlə müqayisədə, Azərbaycan Qran Prisinə maraq daha da artıb".

N.Arpadarai vurğulayıb ki, bu dəfə də Bakıda keçiriləcək yarışa xarici ölkələrdən çox böyük maraq var: "Əcnəbilərin biletləri daha tez əldə etmələri ənənəyə çevrilib. Öz vətəndaşlarımız isə yarış ərəfəsində alırlar. Onlayın bilet alanların sayının artması bizi sevindirir. Xarici ölkələrdə reklam işlərinə başlamışıq. Reklam xərclərimiz azalsa da, Azərbaycan Qran Prisinə maraq artır. Bu da müsbət məqamdır".

Onun sözlərinə görə, növbəti yarışda 3 dünya ulduzunun Bakıda konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, 2020 Azərbaycan Qran Prisi 5-7 iyun tarixlərində keçiriləcək.

aia.az



5111 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-12-2019
12-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031