Mobil versiya
Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb
Tarix: 14-11-2019, 14:50 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb


Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin 2020-ci il xərclər smetasının müzakirəsi zamanı parlamentin işlər müdiri Firidun Hacıyev deyib.

F.Hacıyev bildirib ki, xərclər smetasının ümumi dəyərinin 79,7 faizi əməyin ödənişi fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir:

“Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artıb. 1980-ci idlə quraşdırılmış elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması və istismarı yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data mərkəzlərində avadanlıqların alınıb quraşdırılması, iclas zallarında elektron səsvermə sistemini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma işlərinin aparılması tələb olunur”.

F.Hacıyev Maliyyə naziri Samir Şərifovdan göstərilənləri nəzərə alaraq, Milli Məclisin 2020-ci il xərclər smetasında bəzi maddələr üzrə vəsaitin artırılmasını xahiş edib: "Tikili, avadanlıq və cari təmir xərcləri" maddəsinə 50 min, “icarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon manat, “xarici ezamiyyətlər” maddəsinə 200 min manat, “xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat, “maşın və avadanlıqlar” maddəsinə 100 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat və “torpaq, tikili və avadanlıqları” paraqrafına 50 min manat vəsaitin ayrılmasını xahiş edirik”.


aia.az



5101 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031