Mobil versiya
Mikayıl Cabbarov: “Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”
Tarix: 12-11-2019, 13:42 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mikayıl Cabbarov:


“Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır”.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ÜDM-in 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı 3 il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir:

“Neft-qaz sektorunda ÜDM-in 2020-ci ildə 1.6 faiz, növbəti illərdə orta hesabla 3 faiz artımı proqnozlaşdırılır. İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun 2020-ci ildə 3.8 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz artacağı proqnozlaşdırılır”.

Nazir vurğulayıb ki, ixrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir:

“Cari ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16.6 faiz artmışdır”.

Onun sözlərinə görə, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir:

“Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz, növbəti illərdə 7 faizdən çox artım proqnozlaşdırılır”.

M. Cabbarov əlavə edib ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir:

“Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.

aia.az



5136 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-12-2019
05-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031