Mobil versiya
Bakıda iki mağaza satıcısı cərimələnib - Yeniyetmələrə siqaret satdığına görə
Tarix: 8-11-2019, 14:30 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda iki mağaza satıcısı cərimələnib -


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - M.Musayev və Ə.Axundov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.


aia.az



576 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031