Mobil versiya
Baş həkimdən Asif Yusiflinin qızı ilə bağlı - Açıqlama
Tarix: 7-11-2019, 15:01 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Baş həkimdən Asif Yusiflinin qızı ilə bağlı -




6 saylı Birləşmiş Şəhər Xəstəxanası AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin şəkərdən komaya düşən qızının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Xəstəxananın baş həkimi Bəyalı Məmmədov “Qafqazinfo”ya bildirib ki, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:

“Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. O, dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik. E. Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir”.


Qeyd edək ki, sosial şəbəkələrdə müxalifətçi fəalın qızına vaxtında tibbi yardım göstərilmədiyinə, qızın həyatının təhlükədə olduğuna dair iddialar yer alıb. Bildirilib ki, xəstə daha əvvəl 5 saylı xəstəxanaya aparılsa da, qəbul edilməyib.

Sözügedən xəstəxananın baş həkimi Fazil Alməmmədov isə “Qafqazinfo”ya xəstənin həkimlərin təkidinə baxmayaraq, müalicə olunmaq istəmədiyi üçün imtina ərizəsi yazaraq xəstəxanadan çıxdığını qeyd edib.

Xatırladaq ki, 2015-ci il iyulun 15-də məhkəmə Asif Yusiflini təqsirli bilərək 7,5 il azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb. O, dələduzluqda ittiham edilib.



aia.az



536 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930