Mobil versiya
Prezident Naxçıvana pul ayırdı
Tarix: 6-11-2019, 17:16 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prezident Naxçıvana pul ayırdı


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 manat ayrılıb.

Sərəncamda bildirilir ki, son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaqların suvarma suyu ilə təmin edilməsi, eləcə də əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib. Hazırda bu işlər uğurla davam etdirilir.


aia.az



535 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930