Mobil versiya
Milli Məclisin komitələrində büdcə müzakirələri sona çatdı, plenar iclasa tövsiyə olundu
Tarix: 6-11-2019, 17:15 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin komitələrində büdcə müzakirələri sona çatdı, plenar iclasa tövsiyə olundu

Milli Məclis komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.

Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.

Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırıb və qeyd edib ki, bir sıra təkliflər nəzərdən keçiriləcək. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

aia.az



539 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930