Mobil versiya
Neftçala – təhsildə yüksək göstəricilər normaya çevrilir
Tarix: 05-11-2019 | Saat: 18:08
Bölmə:Manşet | çapa göndər

Neftçala – təhsildə yüksək göstəricilər normaya çevrilir




Əjdər Kərimovun rəhbərlik etdiyi Rayon Təhsil Şöbəsinin fəaliyyəti dövlətin Təhsil strategiyasının tələblərinə uyğun qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb olunan zəruri amillərdən biri də həmin ölkədə təhsil səviyyəsinin yüksək olmasıdır. Məhz bu məqsədlərə nail olmaq üçün dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf etmiş və digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır. Hazırda təhsil sisteminin dinamik inkişafı və bu sahədə yüksək nəticələrin əldə olunması ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Neftçala rayonudur.

Neftçala Rayon Xalq Maarif Şöbəsinin adı dəyişilərək 1992-ci ildən Neftçala Rayon Təhsil Şöbəsi adlandırılmışdır. Hazırda şöbə üzrə idarəetmə aparatı, 1 metodmərkəz, 50 ümumi təhsil müəssisəsi və 1 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 2007-ci ilin mart ayından etibarən şöbəyə Əjdər Kərimov rəhbərlik edir.




Qısa arayış:

Kərimov Əjdər Abasət oğlu 1961-ci ildə Neftçala rayonu I Qaralı kəndində anadan olmuşdur. 1979-cu ildə Neftçala rayonu Qədimkənd kənd tam orta məktəbini bitirmişdir. Elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuşdur. 1984-cü ildə həmin fakültəni bitirmiş və təyinatla Neftçala rayonuna göndərilmişdir. Rayonun Qədimkənd kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. 1996-cı ildən 1999-cu ilədək həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1999-2000-ci dərs ilindən yeni yaradılmış Aşağı Qaramanlı kənd ümumi orta məktəbinə direktor təyin olunmuş və 2007-ci ilin mart ayına kimi həmin vəzifədə işləmişdir. 2007-ci ilin mart ayının 14-dən Neftçala rayon Təhsil Şöbəsinin müdiri vəfizəsinə təyin edilmiş və hal-hazıra kimi bu vəzifədə çalışır.



2012-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Əjdər Kərimov Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2019-cu ildə gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Əjdər Kərimov
Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Göründüyü kimi, Əjdər müəllimin indiyədək göstərdiyi əmək fəaliyyəti bütünlüklə təhsil sahəsini əhatə edir. Eyni zamanda da bu fəaliyyət tamamən doğma Neftçala rayonunun təhsil müəssisələrində həyata keçib. Bu isə o deməkdir ki, hazırda Neftçala təhsilinə bu sahəni dərindən bilən və eyni zamanda da mövcud problem və potensiallara daxildən bələd olan bir peşəkar rəhbərlik edir. Yeri gəlmişkən, başa çatmış 2018-2019-cu tədris ilinin yüksək nəticələri də Neftçalada təhsilin dinamik inkişafından xəbər verir.



Dövlət qayğısı yüksək göstəricilərin stimuludur

İlk növbədə belə bir faktı qeyd etmək lazımdır ki, son illər ərzində Neftçala rayonu ərazisində birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəblər tikilib, bir çoxları isə əsaslı təmir olunub və bütün lazımı avadanlıqlarla təhciz edilərək şagirdlərin istifadəsinə verilib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları və iqtisadi proqramların icrası digər bölgələrimiz kimi Neftçalada da uğurla davam etdirilir. Ölkə başçısının təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, bu rayonda da öz nəticələrini verməkdədir. Belə ki, son illər ərzində rayon ərazisində müasir tələblərə cavab verən 10 ümumtəhsil məktəbinin tikilib istifadəyə verilməsi, 12 modul tipli məktəb binasının quraşdırılması, bir çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur. Bütün bunların nəticəsidir ki, ali və orta ixtisas təhsil müəssislərinə qəbul olunan məzunlarımızın sayı ildən ilə artır.



Neftçala məzunlarının ali məktəblərə qəbul göstəriciləri kifayət qədər yüksəkdir

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində rayonun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində də rayonun təhsil sistemində dinamik inkişaf təmin edilmiş, yüksək nəticələrə imza atılmışdır. Belə ki, son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikintisi və təmiri, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər rayonda təhsilin yenilənməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb. Buna cavab olaraq, rayonun təhsil işçiləri də elmli, savadlı şagirdlərin yetişdirilməsinə çalışırlar. Bunun nəticəsidir ki, bu il Neftçalanın ümumtəhsil məktəblərini bitirmiş 505 nəfərdən 227 nəfərinin ali məktəblərə qəbul olmuşdur. Qeyd edək ki, bu nəticə respublika üzrə 6-cı göstəricidir. Ali məktəblərə daxil olanlardan 34 məzun 500-600 bal arası, 10 məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir.



Əminliklə demək olar ki, Əjdər Kərimovun rəhbərliyi altında Neftçala Rayon Təhsil Şöbəsinin fəaliyyəti 2019-2020-ci tədris ilində də dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin effektiv şəkildə icrasına və gələcəyin fəal qurucularının yetişdirilməsinə düzgün istiqamətlənmişdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024