Mobil versiya
Qırğızıstan Baş prokurorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Tarix: 05-11-2019 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

Qırğızıstan Baş prokurorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələrin və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, əməkdaşlıq əlaqələrinin davamı olaraq, noyabrın 4-də Qırğız Respublikası Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.

Həmçinin qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ilə nümayəndə heyətinin görüşü olub.

Görüşdə eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub.

Söhbət zamanı etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələrindən danışan Baş prokuror Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə reallaşdırılan kompleks və ardıcıl islahatlar nəticəsində cəmiyyət həyatının bütün sahələrində, o cümlədən sosial-iqtisadi sferada və məhkəmə-hüquq sistemində əldə edilən son nailiyyətlərə mütənasib olaraq, ölkəmizin mötəbər beynəlxalq reytinqlərdəki mövqelərinin ildən-ilə daha da yaxşılaşdığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024