Mobil versiya
İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - FOTO
Tarix: 05-11-2019 | Saat: 10:22
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı -


Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İran İs­lam Respublikasından Azərbaycan Respublikası istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Bu barədə aia.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram“Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024