Mobil versiya
Azərbaycan Texnologiya Universitetində 1,5 mln. manatlıq yeyinti
Tarix: 5-02-2016, 14:41 | Saat: 15:47:00
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər

Azərbaycan Texnologiya Universitetində 1,5 mln. manatlıq yeyinti
Mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib

Ötən il Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7 949,47 min manat vəsaitin 7 165,14 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Təhsil Nazirliyinin Azərbaycan Texnologiya Universitetində 1 502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb.

Bununla yanaşı, orta aylıq əmək haqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əmək haqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.



5521 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30