Mobil versiya
Gəncənin meri olmaq istəyən rektor
Tarix: 05-02-2016 | Saat: 14:25
Bölmə:Gündəm / Manşet / Karusel / Seçilənlər | çapa göndər

Gəncənin meri olmaq istəyən rektor
İbrahim Cəfərov yalançı ətrafının güdazına gedəcək, onlar rektoru «şəhərin meri olmağa layiq adam» kimi təqdim edirlər

Ötən günlərdə “Rəsul Quliyevin Gəncədəki adamı... Aqrar universitetinin rektoru İbrahim Cəfərovu Rəsul Quliyevlə hansı münasibətlər bağlayır?” başlıqlı yazdığım yazıdan sonra baş verənlər, hörmətli professorun gizli fəaliyyətinin ifşa olunmasına xidmət etməkdədir. Əslində ADAU-nun rektoru İbrahim Cəfərovu çamura salan ətrafının onun təxəyyülündə formalaşdırdığı arzuların acı aqibəti yaxınlaşdıqca maskalıların iç üzü də açılmaqdadır. Bir ziyalının ətrafındakı «rəsulçular» tərəfindən idarə olunması taleyin ağır şərti olsa da bizim İbrahim Cəfərovu yarı yoldan qaytarmaq cəhdlərimiz nəticə vermədi.

«Rəsulçularla» bağlılığı ilə söylənənlər və mediada yazılanları rədd edən İbrahim müəllim unudur ki, faktlar onun tam əleyhinə işləməklə yanaşı, ona rəğbət bəsləyənləri də azaltmaqdadır.

Mən İbrahim müəllimi Aqronomluq fakültəsində təhsil aldığım illərdən tanıyıram. O vaxt Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlanan təhsil ocağının Meyvə və Tərəvəzçilik fakültəsinin dekanı olan İbrahim Cəfərov eyni mövqeyli insan kimi xarakterizə olunurdu. Ən azı onun müavini və digər dekanlıq əməkdaşlarının ona xəyanət etmədiyini vurğulamalıyam. Lakin İbrahim müəllim saf bir kollektivdən ayrıldıqdan sonra keçmişinə bələd olmayan şəxslərin əhatəsinə düşdü və nəticədə özü də bilmədən bu günkü durumun yaranmasına şahidlik etməkdədir.

Xəyanətkar, yaltaq və digər bu kimi xüsusiyyətləri ilə seçilən zavallılara sükanı idarə etməyi tapşıran rektorun indiki halına sadəcə acımaq yetmir. “Siz Gəncənin icra başçısı olmağa layiqsiniz”- deyənlər Gəncədə icra başçısı tərəfindən keçirilən tədbirləri hörmətli professorun təşkilatçılığı ilə ölkə mediasında xüsusən də rəsulçuların rəhbəri olduğu mediada işıqlandırmağa nail olmaları İbrahim Cəfərovun anti-təbliğatını qurmağa xidmət etdi. Azərbaycan Dövlət Aqrar Universitetində baş verən xoşagəlməz hadisələr, dövlətçiliyə xələl gətirən əməllər, təhsil ocağını bazara çevirən fəaliyyət ölkə mətbuatının ön səhifələrinə daşındı.

Əslində unutmamalıyıq ki, universitetdə baş verən qanunsuzluqları mediaya daşıyıb ictimailəşdirənlər yuxarıda qeyd etdiyim zavallılardır ki, onların da maraqları bəllidir. Bu şəxslərin məqsədi İbrahim Cəfərovu daim özlərindən asılı vəziyyətə salmaqla istəklərini gerçəkləşdirməkdir. Hörmətli Professor unudur ki, ölkə mətbuatına ötürülən faktların bir çoxu ən yaxın ətrafından qaynaqlanır və növbəti addımlar üçün yol açır. Belə ki, «rəsulçular» ilk öncə məlumatı yaxın bildikləri media orqanında yerləşdirir sonra İbrahim Cəfərova “həll edərik” deməklə yazdıqlarını pozurlar. Çarəsiz Professor da bu baş verənləri görə-görə çaş-baş qalır. «Rəsulçular» isə olmayan nüfuzlarından bəhs edərək Universitetdə söz sahibi olmağa cəhd edir və buna hazırda böyük mənada nail olublar.

Bizim “maaşa baxan», əlavə gəliri “olmayan” professorumuz İbrahim Cəfərov saysız-hesabsız yaltaqların “hörmətini” etmək məcburiyyətində qalır və özünün arzuladığı icra başçısı olmaq sevgisinin ümidi ilə yaşayır.

Xatırladım ki, ölkə mətbuatında bu gün ən çox fəaliyyəti tənqid olunan təhsil ocağı Azərbaycan Dövlət Aqrar Universitetidir. Görəsən, rektor bu barədə heç düşünürmü ki, niyə məhz onun rəhbərlik etdiyi universitet hədəfə alınıb? Məncə düşünməyin zamanı gəlib çatıb, cənab Cəfərov.

Ən azı ona görə ki, qarşıda sizi daha çətin sınaqlar gözləyir. O sınaqlardan biri də bu gün ətrafınızda çalışan və keçmişi xəyənətdən ibarət olan şəxslərin bir gün sizə xəyanət edəcəkləri qaçılmazdır. Məndən də yaxşı tanıdığınız Gəncənin icra başçısı Elmar Vəlıiyev gerçəkləri biləndən sonra sizə münasibəti dəyişəcək və onunla mübarizəyə qoşulduğunuz an bu gün yanınızda sizə “qorxma, qorxma” deyənlərdən kimsə olmayacaq.

Unutmayın ki, bir vaxtlar Rəsul Quliyevin pulunu alıb ona dayı deyənlər, indi qarşınızda sadiqlik andı içsələr də daxilən başqadırlar və heç bir zaman sadiq ola bilməzlər. Əqidəsi başqa olanın sadəcə siması dəyişir ki, bu da reallıqda şeytanın onların qəlbinə hakim olmasından xəbər verir.

Gəncədə görülən işlərin, həyata keçirilən tədbirlərin Aqrar Universitetinin rektoru tərəfindən həyata keçirildiyi ictimaiyyətə sırınması özü də bir başqa mövzudur. Şəhərin “baş ağsaqqalı” funksiyasını öhdəsinə götürən İbrahim Cəfərovun Elmar Vəliyevə qarşı təxribat planının məqsədi sirr deyil. Hətta rektorun özünün təriflərə büründüyü mətbu orqanlarda belə Elmar Vəliyevin fəaliyyətinin tənqid olunması faktları da ara-sıra çılpaqlığı ilə üzə çıxır. Böyük təcrübəyə malik icra başçısının bu faktlara ciddi əhəmiyyət verməməsi hələlik qaranlıq qalır.

Hamıya məlumdur ki, Elmar Vəliyev ölkə mətbuatına açıq münasibət göstərir. Bu icra başçısının mətbuatı və elektorn mediada baş verənləri izlədiyini göstərir. Bəlkə də icra başçısı bizim bildiyimiz faktlarla yanaşı daha ciddi məlumatlara malikdir. Susqunluq heç də ciddi zərbənin olmayacağına əsas vermir.

İbrahim Cəfərovun el arasında “oğru aləmi”, bizim dilimizdə cinayətkar aləm adlandırdığımız sistemlə də sıx bağlılığı haqqında məlumatlar aldıq. Məlumatı dəqiqləşdirmək üçün apardığımız araşdırmalar davam etdiyindən bir onu deyə bilərik ki, rektorun ən yaxın qohumlarından biri məhz adıçəkilən aləmin tanınan üzvlərindəndir. Həmin şəxsin cinayətkar qruplaşmaya rəhbərlik etdiyi vurğulanır ki, bu da professorun avtoritet aləmində az-çox varlığından xəbər verir. Hazırda araşdırmalarım davam edir və yaxın gələcəkdə rektorun qohumunun adını və əməlləri haqqında geniş məlumat verəcəm.

Daha bir faktda isə İbrahim Cəfərovun oğlu Elmirin şəhərdə dövlət işçisi olmasına baxmayaraq, etdiyi qanunsuzluqlardan bəhs olunur. Həmin faktları araşdırdıqdan sonra diqqətinizə çatdıracam.

Bu gün qeyd etdiyimiz fatlarla bağlı yazıda adı keçən şəxslərin münasibətini öyrənməyə çalışdıq. Sonra məlum oldu ki, Universitetin rektoru İbrahim Cəfərov bizim sorğularımıza cavab verilməsini qəti qadağan edib. Amma biz yenə rəhbərliyin fikirlərini öyrənməyə hazırıq.

İkram Rafiqoğlu

P.S. Yazıda qeyd olunanlar müəllifin şəxsi mülahizələridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024