Mobil versiya
Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü
Tarix: 04-11-2019 | Saat: 09:44
Bölmə:Cəmiyyət | çapa göndər

Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü

Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib.

Kənd sakini, Hətəmov Əli Ələsgər oğlu evinə gedərkən küçədə qonşusu, eşşək arabası ilə hərəkətdə olan Nəsibov Ümid Qulu oğlu ilə mübahisə edib. Ə.Hətəmov U. Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub.

Ə.Hətəmov bu məqsədlə həmin yolda arabanın qarşısında yerə uzanarak eşşək arabasına bağlanan heyvanların yoldan keçməsinə icazə verməyib.

Ü.Nəsibov isə buna məhəl qoymayaraq eşşək arabasını və ona bağlanmış heyvanları qəsdən Ə.Hətəmovun üstünə sürərək onun üstündən keçib.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Ə.Hətəmov xəstəxanada ölüb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb., Hadisəni törətməkdə şübhəli bilinən Ü.Nəsibov saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024