Mobil versiya
Rövşən Rzayev: “Prezidentin verdiyi tapşırıqların icrasına başlamışıq”
Tarix: 1-11-2019, 16:39 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rövşən Rzayev:


Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Prezidentin söylədiyi kimi, gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.

R.Rzayev deyib ki, bu işlərin icrası üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib: "Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq".

Komitə sədri qeyd edib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir:

"Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Bununla yanaşı, Sumqayıtda köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakı və rayonlarda 3700 ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var".

aia.az



5132 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930