Mobil versiya
Nazirlik ər-arvadın öldüyü qəza barədə məlumat YAYDI
Tarix: 01-11-2019 | Saat: 13:47
Bölmə:Cəmiyyət | çapa göndər

Nazirlik ər-arvadın öldüyü qəza barədə məlumat


Daxili İşlər Nazirliyi Şabranda baş vermiş qəza barədə məlumat yayıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 16 radələrində Şabran rayonunun Ağalı kəndi ərazisində rayon sakini Vasif İsmixanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi “Hyundai HD72” markalı yük avtomobilləri toqquşub.

Hadisə nəticəsində V.İsmixanovun sərnişini olan arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024