Mobil versiya
“İlhamənin oğlunun dostu haqda 2 cinayət işi açılıb
Tarix: 05-02-2016 | Saat: 14:08
Bölmə:Dünya / Manşet / Karusel | çapa göndər


Bir müddət əvvəl axtarışa verilən Bəkirov Vüqar Nadir oğlu Bakı İstintaq təcridxanasında saxlanılır.

Aia.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Vüqar Bəkirovun məhkəmə prosesi hazırda davam etdirilir. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V. Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyinə görə, hakim Ramin Qurbanov tərəfindən bir ay bundan əvvəl axtarış haqqında qərar qəbul edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V. Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

V. Bəkirovun vəkili Elmira Məmmədova bildirib ki, Biləsuvar rayon sakini Məmmədov Oruc Bakir oğlu V. Bəkirovdan şikayət etdiyi üçün onun barəsində cinayət işi başlanılıb.

Vəkilin sözlərinə görə, V. Bəkirovla bağlı hazırda 2 cinayət işi var. Onlardan birinə Binəqədi rayon Məhkəməsində , digərinə isə Yasamal rayon Məhkəməsində baxılır.

Onu da qeyd edək ki, V. Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024