Mobil versiya
Macarıstanın paytaxtı Budapeşt şəhərində “Budapeşt 2019 Su Sammiti” keçirilib - FOTO
Tarix: 30-10-2019 | Saat: 16:14
Bölmə:Gündəm | çapa göndər

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Budapeşt 2019 Su Sammiti” keçirilib -



Macarıstanın paytaxtı Budapeşt şəhərində “Budapeşt 2019” Su Sammiti keçirilmişdir.

Sammitin açılışında Macarıstan Republikasının Prezidenti Yanoş Ader, həmçinin Kambocanın Baş naziri, Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti, Hindistan Su Resursları, Çay İnkişafı və İçməli Su və Kanalizasiya Naziri çıxış ediblər. Həmçinin BMT-nin baş katibi Antonio Quterreş açılış tədbirinə video mesaj göndərmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, “Budapeşt 2019” Su Sammitiində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbərinin müavini Kənan Abdullayev iştirak edib.

Sammit çərçivəsində sessiyalar, yarmarka, sərgi və bir sıra tədbirlər təşkil olunub. Sesiyalarda su böhranlarının qarşısının alınması yolları,suyun dəyəri və su böhranının xərcləri, su böhranlarının aradan qaldırılması üçün iqtisadi cəhətdən səmərəli davranışlar, su gərginliyi və miqrasiya problemləri və bir sıra məsələlər müzakirə olunub. “Budapeşt müraciəti” qəbul edilərək su sammiti sona çatmışdır.

Qeyd edək ki, ümumilikdə tədbirlərdə 118 ölkədən 2500-ə yaxın nümayəndə iştirak etmişdir.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024