Mobil versiya
Şəmkirdə ağır qəzada ölənlərin və yaralananların adları bilindi - YENİLƏNİB
Tarix: 30-10-2019 | Saat: 10:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Şəmkirdə ağır qəzada ölənlərin və yaralananların adları bilindi -


Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı 31 yaşlı Babayev Ramil Dilqəm oğlu və 27 yaşlı Qurbanov Babək İsmayıl oğlu həyatını itirib.

Digərləri - 26 yaşlı Allahverdiyev Səbuhi Tacəddin oğlu, 23 yaşlı Qurbanov Rövşən Orxan oğlu, Vəliyev Rövşən Sübhan oğlu, 31 yaşlı Əmirov Vidadi Rəhim oğlu və 23 yaşlı Məmmədov Vüsal Mais oğlu isə xəsarət alıb.

06:50

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Şəmkirin Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki “Jiquli”nin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024