Mobil versiya
Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb - AQTA
Tarix: 29-10-2019 | Saat: 12:29
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb -


Cari ilin 9 ayı ərzində 24 000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, 16 müraciətə karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı imtina verilib:

“Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib”.

S.Rüstəmli əlavə edib ki, ilk 9 ay ərzində 19 997 qida təhlükəsizliyi sertifikatı verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024