Mobil versiya
Zaqatalada rəqs etmək üstündə dava düşdü - Ata öldürüldü, oğlu yaralandı
Tarix: 24-10-2019 | Saat: 10:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Zaqatalada rəqs etmək üstündə dava düşdü -


Zaqatala rayonunda qətl hadisəsi olub. Trend-in məlumatına görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Məlumata görə, Aydın adlı şəxsin həyətində keçirilən toy mərasimində kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov arasında rəqs etmək üstündə dava düşüb. Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasim başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb və nəticədə Abdul Ayalov stolun üstündə olan mətbəx bıçağı ilə Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri alan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb, oğlu Həmzət Zutov isə xəstəxanaya yerləşdirilib.

Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024