Mobil versiya
Şəki sakinlərindən narkotik vasitə götürülüb
Tarix: 22-10-2019, 12:10 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Şəki sakinlərindən narkotik vasitə götürülüb



Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Z.Qasımov saxlanlılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Böyük Dəhnə kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

F.Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram, yaşadığı evə baxış keçirilən zaman oradan 320 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

aia.az



557 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930