Mobil versiya
Səhnədən getməyə hazırlaşan Sezen Aksu müsabiqə elan etdi VIDEO
Tarix: 07-07-2015 | Saat: 13:53
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər

Səhnədən getməyə hazırlaşan Sezen Aksu müsabiqə elan etdi VIDEO

Bu il səhnə fəaliyyətinin 40-ci ilini qeyd edən Sezen Aksu, öz doğum günündə “Sezenli Yıllar” adlı, fərqli bir konsertlə çıxış edəcək. Türkiyə və dünya tarixinin son 40 ilində baş verən əsas hadisələr, zamanının mahnılarıyla səhnədə canlandırılacaq.
onsertdə Sezenin səhnəsində ekranda görünmək və “Ne kavgam bitti, ne sevdam” mahnısını sənətçiylə birlikdə səsləndirmək istəyənlər üçün, S.Aksu və komandası müsabiqə başladıb. Türkiyə mediası yazır ki, sözügedən mahnını ifa edib, videoya çəkən və #Sezenlesöyle başlığı altında YouTube-a yerləşdirən hər kəs səhnədə Sezen Aksu ilə birlikdə görünmək şansı əldə edəcək. Video sahiblərindən 10 nəfərə isə konsertə iki nəfərlik bilet təqdim olunacaq. Müsabiqəyə qoşulanlar arasında Azərbaycanlı musiqisevərlər də var. Orqanizatorların yerləşdirdiyi minus üzərinə məşhur mahnını ifa edərək, maraqlı animasiya hazırlayan bir iştirakçının yayımladığı videonu sizə təqdim edirik: youtu.be/U-Yb9YeqkNA



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024