Mobil versiya
Bakıda 11 yaşlı oğlan anasından imtina etdi: "Elə ananı istəmirəm"
Tarix: 21-10-2019 | Saat: 16:07
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda 11 yaşlı oğlan anasından imtina etdi:

Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.

aia.az baku.ws-ə istinadən verir ki, azyaşlı anasının şiddət gördüyü üçün evdən qaçdığını deyib.

O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib:

"Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür. Atamı da tutdurub. Atam məni döymürdü. Anam siqaret çəkir, spirtli içki içir, elə ananı istəmirəm".

Xatırladaq ki, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024