Mobil versiya
Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır”
Tarix: 18-10-2019 | Saat: 12:11
Bölmə:Siyasət | çapa göndər

Zahid Oruc:




Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin son iqtisadi müşavirədəki çıxışını şərh edib.

Dövlət başçısının mühüm məsələlərlə bağlı fikirlərinə münasibət bildirən Zahir Oruc Modern.az-a açıqlamasında bildirib ki, bu, prezidentin Soçidəki Valday klubunda etdiyi çıxışın davamıdır:


“Daxili Valday müşavirəsi”...


“Prezidentin Valday klubunda verdiyi mesajlar beynəlxalq məkana yönəlmiş, Azərbaycanın ən müxtəlif məsələlərə sərt yanaşma təqdim etdiyini ortaya qoymuşdu. Bu konteksdən yanaşaraq, 15 oktyabr müşavirəsini “daxili Valday müşavirəsi” adlandıra bilərik. O mənada ki, bu müşavirədə siyasi yüklü açıqlamalar da oldu. Bir sıra məsələlər bağlı qapı arxasında, qapalı dairədə müzakirəyə çıxarıla bilərdi. Onda ictimaiyyət də məlumat tutmazdı. Ancaq dövlət başçısı ölkə əhəmiyyətli məsələlərin hesabatını cəmiyyətə təqdim etdi. Kadrlara, komandaya, hökumətə, ümumilikdə bütün məmur sisteminə müvafiq tapşırıqlar yönəltdi və ölkəni hansı hədəflərə, hansı ideallara daşıdığını da növbəti dəfə ortaya qoydu”.


“İslahatlar geri dönməzdir”


Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri olaraq ölkə başçısının son çıxışını 2019-cu ilin 12 yanvarından başlayan böyük hərəkatın yeni kurs siyasətinin tərkib hissəsi hesab edir:


“Bu islahatlar əvvəlki illərdə müxtəlif sahələr üzrə gerçəkləşdirilən tədbirlərin davamı da olsa, özünün əhatəliliyinə, dərinliyinə, struktur xarakter daşımasına görə xeyli dərəcədə yenidir. Hesab edirəm ki, bu müşavirədən çıxan birinci nəticə islahatların alternativsiz olduğunu deməsidir. Həmçinin, “Prezidentin bu məsələ üzərində ali iradəsi var, o yenilməzdir. İslahatlar geri dönməzdir” nəticəsinə gətirib çıxarır”.


“Müşavirədə Mehriban xanımın iştirakı məntiqli idi”


Mərkəz sədrinin sözlərinə görə, idarəçilikdəki yeni elementlər müşavirənin bu tərkibində də özünü göstərdi:


“Konkret olaraq iqtisadi-sosial məsələlərə üstünlük verilirdisə, bu zaman məsul nazirliklərin rəhbərlərinin dəvət edilməsi önəmlidir. Digər tərəfdən, hər kəs ötən illər ərzində şahiddir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident olmazdan əvvəl də ölkənin humanitar, mədəni və beynəlxalq əlaqələrinin qurulmasında böyük missiya daşıyıb. Həm məcburi köçkünlərin problemlərinə, həm də devalvasiyadan sonra yaranmış sosial çətinliklərə məhz Mehriban xanım zaman ayırır, aylar ərzində o problemlərin çözülməsi üçün ortaya iradə qoyur və nəticələr də əldə olunurdu. Bu müşavirədə Mehriban xanımın da iştirak məntiqli idi. Ən önəmlisi prezidentin suallar üslubunda hökumət üzvlərindən müxtəlif məsələlərin gedişini soruşması, hesabatlar aparması idi. Əminəm ki, bu, gələcəkdə özünü daha da qabarıq göstərəcək”.


“Prezidentin komandası vahiddir”


Zahid Oruc qeyd edib ki, digər mühüm məsələ dövlət başçısının bəzi maqamları dilə gətirməsi ilə bağlı idi:


“Azərbaycan liderinin idarəçilikdə atılan addımlara bütün komanda üzvlərinin cani dildən yanaşması, vahid komandanlıq prinsipinin bərqərar olması, hər hansı sabotaj elementlərinin, təxribatın yolverilməzliyini dilə gətirməsi çox vacib məsələdir. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan insanı, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu islahatların yanındadır. İslahatlar keyfiyyət dəyişikliyi deməkdir. Əgər kimsə hansısa nazirliyin tərkibində yer alan adamlara, digər struktura qarşı fəaliyyət aparırsa, bu yolverilməzdir. Ona görə də cənab prezident bu məsələyə sərt reaksiya verdi. Burada məsələ şəxslər üzərinə köklənirsə, prezidentin böyük mənada nəzərdə tutduğu ideyanı görməzdən keçmək qüsur olar. Mənim aləmimdə cənab prezident yeni kadrlara önəm verərkən vətənpərvərlik, intellektuallıq, təşəbbüskarlıq məsələlərini qabartdı. Prezidentin komandası vahiddir. Parçalanmadan, qruplaşmalardan söhbət gedə bilməz.

Mənə elə gəlir ki, prezident çox hədəfli mesajlar verib. Bunlar onun masası üzərində olan açıq və qapalı informasiyalara dayanır. Ən konfliktli bilgilər ölkənin birinci şəxsindədir. Həmçinin, cənab prezident bu məsələlərdə cəmiyyətin yaxından iştirakını da istəmiş oldu”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024