Mobil versiya
Keçmiş maliyyə nazirindən sensasion açıqlamalar: "İllərdir sabotaj edirlər..."
Tarix: 18-10-2019, 10:52 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Keçmiş maliyyə nazirindən sensasion açıqlamalar:


Oktyabr ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə son illər ərzində ilk dəfə idi ki, ölkə iqtisadiyyatında əldə olunmuş yaxşı nəticələrlə yanaşı, mövcud çatışmazlıqlara bu qədər sərt və tənqidi münasibət ortaya qoyulurdu. Prezident islahatlara əngəl törətmək istəyən komanda üzvlərinə ciddi xəbərdarlıq etməklə yanaşı, belələrinin komandanın sıralarında qalmasının mümkünsüzlüyünün anonsunu verdi.

Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında əngələ çevrilmiş ciddi problemlərdən biri rüşvət və korrupsiyadır. Dövlət başçısı toplantıda bu məsələ ilə bağlı sərt mövqe sərgilədi. Onun “hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz” deməsi heç də təsadüfi deyildi. Nə qədər ki, rüşvət və korrupsiyaya bulaşaraq hakimiyyətə, prezidentə zərbə vuran məmurlar öz çirkin əməllərindən əl çəkməyəcək və bu yolu cəmiyyətin gözləri qarşısında davam etdirəcəklər, rüşvət və korrupsiyaya qarşı aparılan mübarizənin səmərəsi istənilən səviyyədə olmayacaq. Dövlət başçısının bundan öncəki müşavirələrdə etdiyi xəbərdarlıqlara baxmayaraq, rüşvət və korrupsiya bulaşmış bəzi məmurlar bu yoldan çəkinməyi bacarmadılar və sonda ölkə başçısı onlarla yollarını ayırmaq qərarı verdi. Bu müşavirədə Prezident belələrinə son dəfə xəbərdar etdi.

Bu gün Azərbaycan iqtisadiyyatının bir saylı problemi qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən ibarətdir. Ölkədə post-neft dövrü elan edildikdən sonrakı dövrdə, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bütün zəruri qərarlar qəbul olunsa da təəssüf ki, nəticələr hələ ki, gözləntilərə uyğun deyil. Təbii ki, bu vəziyyət 4 il öncə ölkədə post-neft erasının başlandığını bəyan etmiş və sürətli iqtisadi islahatlara start vermiş Prezidenti narahat edir və bu narahatçılıq tam əsaslıdır. Ölkə iqtisadiyyatının uzun müddət neftə söykənərək yaşaması mümkün deyil. Dövlət başçısının bilavasitə təşəbbüsləri ilə son illər ərzində qəbul edilmiş qərarların icrasına sanki hansısa gözə görünməyən qüvvələr əngəl törətməklə məşğuldurlar. Prezident bu səbəbdən toplantıda iqtisadiyyat və maliyyə nazirləri ilə qeyri-neft sektorunun inkişafı ilə bağlı vəziyyəti kifayət qədər çılpaq bir şəkildə müzakirə etdi. Onun nazirlərə “Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük” deməsi, artıq komanda üzvlərinin ətalətdən çıxaraq, real nəticələr üzərində çalşmağa üz tutması üçün bir çağrış idi. Yüksək kürsülərdə oturmuş və bu məsələlərə məsul olan məmurların nə deməsindən və nə düşünməsindən asılı olmayaraq, bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundan ixracın həcmini ən azı 3-4 dəfəyə qədər artırmaq zəruridi və bunun alternativi yoxdur. Bu məqsədə çatmaq üçün yerlərdə yüzlərlə yeni istehsal və emal müəssisələrinin qurulması imkanlarını formalaşdırmaq lazımdır. Bu məqsəd üçün dövlətin bütün resurslarını məmnuniyyətlə cəlb etmək lazımdır. Ümumi Daxili Məhsulu 80 milyard manat olan bir ölkədə, sahibkarlıq üçün bir ildə 170 milyon manat güzəştli kredit verməklə iqtisadiyyatda heç bir uğur qazanmaq mümkün deyil. Söhbət bu məqsəd üçün milyardlarla daxili və cəlb edilən vəsaitlərin ortaya çıxarılmasından gedir. Kİmsə bu vəsaitlərin necə cəlb edilməsi yollarını bilmirsə onlara yardımçı ola bilərik – təki Azərbaycan iqtisadiyyatı neft iynəsinin üzərindən aşağı düşsün.

Dövlət bu gün sahibkarın yanında olmaq istəyir, ona bütün səviyyələrdən olan güzəştlər verir və şəffaf fəaliyyət meydanı yaradır. Ancaq ortada fəaliyyət üçün əsas olan PUL yoxdur. Burada bank sektoru öz sözünü deməyə borcludur. Bu sektor isə istehsal deyil, lombard prinsiplərinə söykənən istehlak kreditləri verməklə illərlədir iqtisadiyyatı sabotaj edir. Ona görə də ölkənin bank sektorunda onun sökülüb yenidən qurulması qədər ciddi islahatlara ehtiyac var. Dövlət son illər bank sektorunun ayaq üstə durması və iqtisadiyyata üz tutması üçün ona milyardlarla manat dəstək verib. Ancaq nəticə demək olar ki, yoxdur. Sanki bank sektoru dövləti ələ salır.

İnanaq ki, son müşavirə bütün məmurların və ölkənin bank sektorunun fəaliyyətində ciddi dönüşün başlanğıcı olacaq və bunun da alternativi yoxdur!

Fikrət Yusifov,
iqtisadçı alim, professor, keçmiş maliyyə naziri

aia.az



5108 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930