Mobil versiya
Ərdoğan “Twitter”də Trampa cavab verdi
Tarix: 18-10-2019 | Saat: 10:22
Bölmə:Dünya | çapa göndər

Ərdoğan “Twitter”də Trampa cavab verdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa cavab verib.
Azvision.az xəbər verir ki, Ərdoğan fikirlərini “Twitter” hesabında paylaşıb.

"Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək. Əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək" - deyə Türkiyə lideri Trampın “Twitter”dəki paylaşımına cavab olaraq yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə ilə ABŞ arasında Suriyanın şimalında atəşkəslə bağlı razılıq əldə olunub. Bu münasibətlə ABŞ Prezidenti Donald Tramp Ərdoğana təşəkkürünü bildirib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Tramp vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024