Mobil versiya
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Tarix: 16-10-2019 | Saat: 11:13
Bölmə:Manşet / Ölkə / Seçilənlər-6 | çapa göndər

Niyazi Bayramovun “müəmmalı kadrı” –


Gəncənin icra başçısı Niyazi Bayramovun müəmmalı bir "kadr islahatı" hələ də müzakirə olunmaqdadır. Yeni icra başçısının Gəncə səhiyyə idarəsinin sabiq gənc və perspektivli rəisi Bəxtiyar Haqverdiyevi yaşı 60-dan çox olan, Gəncənin Abbas Səhhət adına 1 saylı xəstəxanasının baş həkimi işlədiyi dövrdə xeyli "töhmət"lər alan, adı ana-uşaq ölümlərində hallanan bir baş həkimlə əvəzləməsi unudulmur. Söhbət cənab Bayramovun hələ gömrükdə rəis işlədiyi dövrlərdən tanıdığı Nazim Əhmədov adlı dostuna vəzifə payından gedir. Əldə etdiyimiz məlumata görə, hazırda Niyazi Bayramovun Gəncədə görən gözü, eşidən qulağı olan Etibar adlı şəxs də həmin Əhmədovun ailəvi dosudur. Odur ki, Niyazi Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, əslən Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi "islahat” adı ilə işindən azad edib, ona əsassız olaraq Elmar Vəliyevçi damğası vuraraq, guya islahat aparırmış kimi yaşı 60-ı keçmiş, A.Səhhət xəstəxanasında illərlə bazar açmış N.Əhmədovu vəzifəyə gətirib. Hazırda Gəncə Səhiyyəsi köhnəlmiş qaydalarla və qeyri-müasir şəraitli xəstəxanalarla insanlara əziyyət verir. Bildirmədən keçməyək ki, sabiq səhiyyə rəisi B.Haqverdiyevlə E.Vəliyevin yaxın təması heç vaxt olmayıb. Sadəcə, B.Haqverdiyev Ağdamın baş həkimi vəzifəsində çalışarkən keçmiş icra hakimi Raqub Məmmədovun qanunsuz tələbləri, sıxşdırması, əsassız öhdəliklərindən bezar olaraq Gəncəyə yerdəyişmə edib. Və vakansiya üzrə qazandığı vəzifəsinin başında cəmi bir neçə gün ömür sürüb.

Hazırda Gəncə sakinləri Niyazi Bayramovu məhz onda qınayır ki, gənc, bilikli və perspektivi bir kadrı çıxarıb, yerinə də Nazim Əhmədov kimi qoca bir dostunu rəis təyin edib. Başçının dostluğa jesti isə bununla yekunlaşmır. Belə ki, Nazimin digər qardaşı Natiq Əhmədov isə eyni gündə Gəncə "Sukanal” TSC-də sədr vəzifəsinə təyin olunub. Sonradan kiçik qardaş yarıtmaz fəaliyyətilə işdən qovulub.

Sizcə, Gəncədə bu postlara layiq kadrlar olmayıb ki, icra başçısı məhz Əhmədovlara seçim edib? Bu sualın cavabı isə təbii ki, bizdə deyil. İnanırıq, icra başçısı özü bu suala tezliklə tam aydınlıq gətirər...

Reportyor.TV



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024