Mobil versiya
Arvadına təcavüz edəni bıçaqladı - Sonda günahkar özü oldu
Tarix: 16-10-2019 | Saat: 10:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Arvadına təcavüz edəni bıçaqladı -


Ukraynada ər arvadına təcavüz etmək istəyən manyakı bıçaqladığı üçün 8 il həbs cəzasına məhkum edilə bilər.

aia.az xəbər verir ki, axşam 27 yaşlı ukraynalı həyat yoldaşı və dostları ilə bir kafedə əylənirlər. Bir müddətdən sonra cütlük mübahisə edir və qadın evə tək getmək qərarına gəlir. Lakin həyat yoldaşını evə tək buraxdığını görə, özünü qınayan ər onun arxasınca qaçıb.

Binaya yaxınlaşan kişi arvadının qışqırığını eşidərək, səs gələn tərəfə qaçır. O, təcavüzkarı hadisə yerindəcə yaxalayaraq onu qasıq nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. 25 yaşlı cinayətkar xəstəxanaya qaldırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Ukrayna Milli Polis İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.

Zərərçəkmiş vətəndaşın əri cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən tutulub. Barəsində cinayət işi açılıb. Əgər günahı sübuta yetirilərsə, onu 8 ilədək həbs cəzası gözləyir. Onun arvadına təcavüz edən seksual manyak isə 5 ilini qazamatda keçirə bilər. (ölkə.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024