Mobil versiya
Qarabağ icmasına maliyyə dəstəyi vermək üçün fond yaradılsın - Deputat təklif etdi
Tarix: 15-10-2019 | Saat: 12:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağ icmasına maliyyə dəstəyi vermək üçün fond yaradılsın -


Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündəki çıxışı Ermənistana və Nikol Paşinyana böyük zərbə idi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” daha sərt mövqe nümayiş etdirməlidir: "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Azərbaycandan kənara çıxmalıdır. Bunun üçün vəsait məsələsinə ciddi diqqət yetirmək lazımdır. Ermənilər hər yerdə nümayəndəlik açırlar. Biz də Qarabağ icmasına dəstək verməliyik. Niyə görə Qarabağ icmasının Berlində, Parisdə nümayəndəsi olmasın? Buna maliyyə dəstəyi vermək üçün fond yaradılsın və biz hamımız o fonda dəstək göstərək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024