Mobil versiya
Ərdoğan: “Bakıdakı zirvə görüşü tarixə düşəcək”
Tarix: 14-10-2019, 12:48 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğan:


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci Zirvə görüşü tarixə düşəcək.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, Bakı görüşündə Özbəkistanın tamhüquqlu üzv kimi Türk Şurasına qatımasına şahidlik ediləcək.

“Özbəkistanın bu birliyə qatılması Türk Şurasını daha da gücləndirəcək. Eyni zamanda, Qazaxıstanın ilk prezidenti hörmətli Nursultan Nazarbayev Türk Şurasının Fəxri sədri elan olunacaq. Biz Nazarbayevin zəngin təcrübəsindən istifadə edəcəyik. Türk dünyası arasında əməkdaşlığın, birliyin daha da güclənməsi bizim üçün iftixar hissi yaradır”.

Ərdoğan Bakıda Türk Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyini əlavə edib: “Onlara “Barış pınarı” əməliyyatı haqqında ətraflı məlumat verəcəyik. Bakıdakı iclas və görüşlər Türk Şurası ölkələri ilə əlaqələri daha da inkişaf etdirəcək”.

Türkiyə prezidenti Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşəcəyini vurğulayıb. Daha sonra o, Bakıya səfərə yola düşüb.



5122 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930