Mobil versiya
Bəzi şəxslər erkən yaşda pensiya ala biləcəklər
Tarix: 11-10-2019 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

Bəzi şəxslər erkən yaşda pensiya ala biləcəklər


Pensiya islahatları çərçivəsində müəyyən şəxslər yaşı tamam olmadan pensiya ala bilərlər.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır:

"Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır".

Nazir müavini qeyd edib ki, bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra ictimaiyyətə məlumat veriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə